Interposta.Info

Azərbaycanda bu sahədə işləyənlər nazirlərdən çox maaş alırlar - 3 270 manat

İqtisadiyyat
 27-05-2019, 16:48     10 352

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 3 273 manata bərabər olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, mədənçıxarma sənayesinin qeyri-dövlət sektorunda orta aylıq əmək haqqı 4 452 manat, dövlət sektorunda isə orta aylıq əmək haqqı 1 415 manat olub.

Məlumat üçün bildirək ki, mədənçıxarma sənayesində qeydə alınan orta aylıq əmək haqqı Nazirlər Kabineti üzvlərinin əmək haqqından yüksəkdir.

Qeyd edək ki, hazırda Azərbaycanda baş nazir 2 460 manat, baş nazirin birinci müavini 2 160 manat, baş nazirin müavini 2 060 manat, Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi isə 1 925 manat təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26