Interposta.Info

Türkiyə ilə İsrail arasında münasibətlər tezliklə tam normallaşacaq (VİDEO)  

Dünya
 17-08-2022, 18:01     283

Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə normallaşıb və hər iki tərəfin səfirləri tezliklə fəaliyyətlərinə davam edəcək.

"İnterPosta"xəbər verir ki, bu barədə "Sky News" tele kanalının məlumatında deyilir.

Televiziyanın eksperti Dr. Alon Leli bildirib ki, Türkiyənin enerji təhlükəsizliyinin ehtiyacı və onun Türkiyəyə ötürülməsində İsrailin rolu, Türkiyənin enerji təchizatçılarının müxtəlifliyində maraqlı olması, Suriyada anti-terror aməkdaşlıqları, iqtisadi, türizm və təhlükəsizlik faktorları iki ölkə arasında münasibətlərin normallaşmasının səbəblərindəndir.

Həmçinin, çərşənbə günü avqustun 17-də İsrailin baş naziri Yair Lapid Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Lapid deyib: "Türkiyə ilə İsrail arasında əlaqələrin bərpası regional sabitlikdə mühüm rol oynayacaq və eləcə də bu, çox mühüm iqtisadi hadisə olacaq”.

Qeyd edilir ki, Türkiyə sonuncu İsrail səfirini 2018-ci ilin mayında ölkədən çıxarıb

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26