Interposta.Info

Azərbaycanla İsrail arasında bu sahədə saziş imzalandı

Siyasət
 30-03-2022, 23:09     224

Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mlumat verib.

"Bu gün israilli həmkarım Konstantin Yoel Razvozovla turizm sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək” - deyə sosial şəbəkə hesabında yazıb.

İsrailin turizm naziri Yoel Razvozov isə sosial şəbəkə hesabında qeyd edib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və hörmətə əsaslanır:

"Ölkələrimizi təkcə uzunmüddətli dostluq deyil, minlərlə yəhudi diasporu da birləşdirir. 8 ay əvvəl biz Təl-Əvivdə Azərbaycanın ticarət nümayəndəliyini təntənəli şəkildə açdıq, bu gün isə turizim nümayəndəliyini açırıq. Azərbaycan Turizm Agentliyinin rəhbəri həmkarım Fuad Nağıyevlə turizm sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladıq. Biz qarşılıqlı turist axınını inkişaf etdirəcəyik və artıracağıq. İsrail-Azərbaycan hökumətlərarası komissiyasının sədri və İsrailin turizm naziri kimi mən bu inkişafdan çox məmnunam və bu mühüm prosesi Azərbaycanın İsraildə səfirliyinin açılması istiqamətində növbəti addım kimi qiymətləndirirəm”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26