Interposta.Info

Əbülfəs Qarayev: "Turizm sahəsində 100 mindən çox adam çalışır"

Ölkə
 27-09-2017, 13:06     10 422

Bakıda 27 sentyabr - Turizm işçiləri günü münasibəti ilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb.

Nazir deyib ki, bu sahədə 100 mindən çox adam çalışır: "Bu gün turizm sahəsində 46 mindən çox, mədəniyyət sahəsində isə 60 mindən çox adam çalışır. Ümumilikdə isə 100 mindən çox insan bu sahədə çalışır".

Nazir Azərbaycan Prezidentinin turizm sahəsində çalışan şəxslərin təltif edilməsi ilə bağlı ötən gün imzaladığı sərəncama görə təşəkkür edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26