Interposta.Info

Türkiyə İsrailin baş konsulunu da ölkədən qovdu

Dünya
 16-05-2018, 15:26     10 376

Türkiyə XİN İsrailin İstanbuldakı baş konsulunu ölkədən çıxarır.

Avropa.info xəbər verir ki, mayın 15-də israilin Türkiyədəki səfirini geri göndərən rəsmi Ankara bu gün də Baş konsulu ölkədən çıxarır.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbul Baş konsulu Yosef Levi Sfariyə bir müddət Türkiyəni tərk etməsini məsləhət görüb.

Baş konsulun geri göndərilməsinin səbəbi isə Qəzzada yaşanan son olaylarla bağlıdır. Onu da qeyd edək ki, Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlu İsrail Xarici İşlər Nazirliyinə çağrılaraq, Ankaraya dönməsi tələb olunub.

Ankara eyni zamanda Təl-Əvivdəki və Vaşinqtondakı səfirlərini də geri çağırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26