İsrailin "Böyük Qüds" planı: 300 min yeni...
İsrail hökuməti Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrində 300 min yeni mənzil tikməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal10” telekanalı məlumat yayıb.
Kanal bu addımın “Böyük Qüds” planının bir hissəsi olduğunu bildirib.
Məsələ ilə bağlı açıqlama yayan Fələstin Xarici İşlər Nazirliyi sözügedən planı sərt şəkildə qınadıqlarını vurğulayaraq, İsrailin bu addımlarına görə ABŞ Prezidenti Donald Trampın və rəsmi Vaşinqtonun məsuliyyət daşıdığını qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26