Interposta.Info

“Taliban” Əfqanıstanın xəzər türklərinə qarşı: terror, qətllər, ictimai-dini yasaqlar...

Dünya
 17-08-2022, 12:05     209

Son bir ildə "Taliban” əfqan şiələrini və xəzarlərini bütün ictimai və siyasi səviyyələrdən kənarlaşdırıb.

Qaynarinfo bu barədə "İndipendent"in fars bölməsinə istinadən xəbər verir.

"Blog Analysts Network” araşdırma qurumunun nəticələri göstərir ki, son bir ildə "Taliban”ın hakimiyyəti altında olan Əfqanıstanda şiə və xəzərlərə aid yerlərdə törədilən terror aktları nəticəsində azı 222 nəfər həlak olub.

Araşdırmaya görə, son bir ildə iki milyona yaxın əfqan xəzər və şiə vətəndaşı "Taliban” qorxusundan ölkəni tərk edib.

"Taliban” xəzərələrin ev və əkin torpaqlarını Kabildə və onun ətrafında qəsb edərək, onları Əfqanıstanın uzaq bölgələrinə köç etməyə məcbur edir.
Ətraflı

Bu araşdırma göstərir ki, son bir ildə "Taliban” Əfqanıstan şiə və xəzərləri bütün ictimai və siyasi səviyyələrdən uzaqlaşdırıb, onların mədəni və dini işlərinə ciddi məhdudiyyətlər qoyulub.

Araşdırmanın nəticələrinə görə, son bir ildə məktəblər, məscidlər, yaşayış evləri və şiə bölgələrinə gedən sərnişin marşrutları kimi şiə və xəzər mərkəzlərinə ən azı 18 terror hücumu həyata keçirilib. Bu hücumların 41%-i Kabil şəhərində, 17%-i Məzari-Şərif şəhərində, 11%-i Herat şəhərində, qalanları isə Qunduz, Daikundi, Sarpol, Samanqan və Qor əyalətlərində baş verib.

Hücumların əksəriyyətini (56%) Xorasanı İŞİD-i təşkil edib. 17%-nin "Taliban” tərəfindən həyata keçirildiyi, qalan 22%-nin səbəbkarları isə müəyyən edilməyib.

Qeyd edilir ki, bu gün xəzərələrin çoxu "dəri" dilində danışsalar da, onlar Əfqanıstanın 39 milyonluq əhalisinin təxminən 21%-ni təşkil edən Əfqanıstanın türk tayfalarındandılar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26