Interposta.Info

Çin BMT TŞ-də sədr kimi ilk təklifi: Kondisionerlər yelpiklərlə əvəzlənsin (FOTO)

Dünya
 2-08-2022, 11:30     511

Avqustda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin nümayəndələri qlobal istiləşmə ilə mübarizənin simvolik jesti olaraq Təhlükəsizlik Şurasının binalarında kondisioneri daha az işə salmaq və Təhlükəsizlik Şurasının üzvlərinə yelpiklər paylamaq niyyətindədirlər.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu haqda Çin Xalq Respublikasının BMT-dəki nümayəndəsi Çjan Szyun brifinqdə bildirib.

Çin Xalq Respublikasının nümayəndəsi jurnalistlərə ənənəvi çin yelpiyini nümayiş etdirərək, bunun "qlobal temperaturun aşağı salınmasına və Təhlükəsizlik Şurasının üzvləri arasında gərginliyin və emosional ünsiyyətin soyumasına" kömək edəcəyinə ümid etdiyini bildirib.

Bundan əlavə, o, Çin nümayəndə heyətinin "düzgün istiqamətdə kiçik, lakin simvolik addım" kimi Təhlükəsizlik Şurasının binalarında kondisionerdən istifadənin azaldılmasını təklif etdiyini bildirib. Çjan Szyun əlavə edib: "Əgər salon çox istidirsə, biz cənablara qalstuk taxmamağı tövsiyə edirik".

Çin BMT TŞ-də sədr kimi ilk təklifi: Kondisionerlər yelpiklərlə əvəzlənsin (FOTO)


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26