Interposta.Info

Qacarlar dövründə dövlətin pulunu güclü edən sirr nə idi? - İşıq dənizi

Dünya
 29-07-2022, 20:19     251

Bir almaz parçası böyük bir ölkənin pulunu saxlaya bilərmi? Bəli, bu şərtlə ki, o almaz "İşıq dənizi" ola.

Qaynarinfo bu barədə Fars agentliyinə istinadən xəbər verir.

"İşıq dənizi" kimi tanınan dünyanın ən böyük çəhrayı almazı o qədər unikaldır ki, heç kim ona qiymət qoymağa cəsarət etməyib.

"Dərya nur" ya "İşıq dənizi" uzun illər Nadir şah Əfşarın ixtiyarında olub və ondan sonra müxtəlif padşahlar arasında əl-əl gəzib. İran padşahları bu almazı qollarına taxırdılar, lakin Nəsrəddin şah Qacar rəsmi görüşlərdə onu papağına, bəzən də sinəsinə bağlayaraq bu qiymətli daş-qaşın saxlanması şərəfini yalnız əyanlara tapşırardı.

Bu almaz hazırda İranın Milli Zərgərlik Muzeyindədir.

"İşıq dənizi" 182 karat ağırlığında, yəni təxminən 36 qramdır və ölçüləri təxminən 4x3x1 sm-dir və bu ölçüləri ilə dünyanın ən böyük çəhrayı almazıdır. Bu, Nadir şah Əfşar tərəfindən Hindistanı fəth edərkən İrana gəlmiş bir daşdır və çox güman ki, Hindistanda tapılıb. Lakin İran rəvayətlərində bu daş tarixin keçmiş dövrlərinə gedib çıxır və Nəsrəddin şah Qacar "İşıq dənizi”nin İranın islamdan qabaqkı şahlarının olduğuna inanırdı. Təbii ki, bu daş-qaşın yaşı tarixdən kənara çıxır, rəvayətlərə çatır və "Şahnamə”də belə qeyd olunur:

"Bu çəhrayı almaz Əfrasiabın qılıncının sapına sancılıb. Rüstəm onu yadellilərlə müharibədə alıb, sonralar müharibələrdə yağmalanaraq Hindistana aparılıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26