300-ə yaxın dağıstanlı hərbçi Ukraynadan icazəsiz Rusiyaya qayıtdı

Buynakskdakı 63354 saylı hərbi hissənin üç yüzə yaxın hərbçisi Ukrayna ilə müharibədə iştirakdan imtina edərək icazəsiz Rusiyaya qayıdıb. Qayıdandan sonra onlar təxris olunması ilə bağlı ərizə yazıblar və yerli sakinlər onları "fərari” kimi qarşılayıblar.
"İnterPosta"xəbər verir ki, "The Moscow Times” hüquq müdafiəçilərinə istinadən yazır.
Nəşrin məlumatına görə, hərbçilər "DXR” ərazisində xidmət ediblər və Buynakska çatan kimi müqavilənin ləğvi proseduruna başlayıblar.
"Hərbçilər geyim və silahla bağlı problemlərin olduğunu iddia ediblər. Hərbi qulluqçu on gündən artıq müddətdə xidmət yerində olmadıqda, ona qarşı cinayət məsuliyyəti tətbiq oluna bilər və hazırda məsələ ilə bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır”, – hüquqşünas qeyd edir.
Hüquq müdafiəçisinin sözlərinə görə, bəziləri müharibədən donvurma ilə qayıdıb, bir neçəsi "qaralmış əti kəsməli” olduğundan əlil olub.
Nəticədə bəzi hərbçilər təxris oluna biliblər, bəziləri isə qohumlarının və yerli hakimiyyət orqanlarının təzyiqi ilə sağaldıqdan sonra Ukraynaya qayıdıblar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26