Interposta.Info

Özbəkistanda toyda döyülən gəlin nişanlısını bağışladı - VIDEO

Dünya
 18-06-2022, 09:54     331

Özbəkistandan olan gənc cütlüyün şəxsi həyatının təfərrüatları məlum olub.

Sosial şəbəkələrdə toy yarışmasında məğlub olan bəyin gəlini döydüyü video yayılıb.

Daha sonra Özbəkistan Baş Prokurorluğu bəyin Özbəkistan Respublikası İnzibati Xətalar Məcəlləsinin 183-cü maddəsi (xırda xuliqanlıq) ilə məsuliyyətə cəlb edildiyini bildirib.

Hadisədən sonra ata və ananın, bəylə gəlinin qohumlarının və rayonun məsul şəxslərinin iştirakı ilə məsləhətləşmələrin aparıldığı məlum olub. Yenicə qurulan ailə başçısı etdiyi əmələ görə peşman olduğunu bildirib və gənc həyat yoldaşından bağışlanmasını istəyib. Nəticədə gəlin bəyi bağışlayıb.

Onların hazırda birlikdə yaşadığı bildirilir./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26