Interposta.Info

Bayden: "Amerikalılar Ukraynaya getməməlidir, bir də deyirəm - getməməlidir"

Dünya
 18-06-2022, 09:38     319

"Mənə məlumat verildi. Onların harada olduqlarını bilmirik, amma bir daha demək istəyirəm: amerikalılar indi Ukraynaya getməməlidir. Bir daha deyirəm: amerikalılar indi Ukraynaya getməməlidir".

“Report” CNN-ə istinadən xəbər verir ki, bunları ABŞ Prezidenti Cozef Bayden Ukraynada Amerikanın 3 vətəndaşının itkin düşməsi barədə xəbərlərə münasibət bildirərkən deyib.

Birləşmiş Ştatlar Prezidenti Cozef Bayden Rusiya Federasiyasına qarşı müharibədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan üç ABŞ əsgərinin itkin düşdüyünü təsdiqləyib.

Bayden bildirib ki, ona itkin düşən Amerika vətəndaşları barədə məlumat verilib.

Xatırladaq ki, Xarkov vilayətində gedən döyüşlər zamanı Ukrayna tərəfində vuruşan iki amerikalı itkin düşüb. Onların Rusiya hərbçiləri tərəfindən əsir götürüldüyü ehtimal edilir.

Daha sonra Dövlət Departamenti müharibədə itkin düşən üçüncü amerikalı haqqında məlumat verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26