Su içməyə getdi və qayıtmadı: Ukraynda azərbaycanlı itkin düşdü

Ukraynada Azərbaycan vətəndaşı itkin düşüb.
Oxu.Az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, hadisə avqustun 26-da baş verib.
İtkin düşən kişinin oğlu polisə müraciət edərək bildirib ki, 12 nəfər qohumu ilə “Ford Transit” avtomobilində Prosyanoye nəzarət-keçid məntəqəsindən Ukrayna ərazisinə daxil olublar.
Svatov rayonunun Mostki kəndində atası su içməyə gedib, lakin geri qayıtmayıb.
Polis itkin düşən Azərbaycan vətəndaşının tapılması üçün əməliyyat-axtarış tədbiləri həyata keçirir.
interposta.info