Interposta.Info

TASS: Rusiyanın eks-baş naziri də Rusiyanı tərk etdi

Dünya
 3-06-2022, 17:40     326

Rusiya Federasiyası hökumətinin keçmiş rəhbəri, Xalq Azadlıq Partiyasının (Parnas) lideri Mixail Kasyanov Rusiyanı tərk edib.

"İnterPosta"TASS-a istinadla xəbər verir ki, bu haqda partiyanın siyasi şurasının büro üzvü Konstantin Merzlikin bildirib.

Merzlikinin sözlərinə görə, Kasyanov "hazırda xaricdədir” və onun harada olduğu və qayıtma tarixi "naməlumdur”. Merzlikin Kasyanovun gedişinin səbəblərini də açıqlamayıb.

Bundan əvvəl KİV-lər Rusiyanın "Yabloko” siyasi partiyasının qurucusu Qriqori Yavlinskinin Rusiyanı tərk edərək Londona getdiyini yazıb. Bundan sonra Yavlinski özünün Teleqram kanalında Vladimir Vısotskinin sözləri ilə yazılan mesajları təkzib edib: "Narahat olmayın, mən getməmişəm. Və ümid etməyin ki, getməyəcəyəm!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26