Interposta.Info

Vaşinqtonla Kreml arasındakı qarşıdurma: ABŞ səfiri Rusiyadan çıxarılıdı

Ölkə
 20-04-2021, 11:40     345

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan həftənin sonuna qədər Rusiyanı tərk edib Vaşinqtona gedəcək.

"İnterPosta" xəbər verir ki, bu haqda məlumatı "Axios” nəşri əldə edib. Bildirilir ki, diplomatı ölkəsində prezident Co Bayden administrasiyasının rəsmiləri ilə "məsləhətləşmələr" gözləyir. Dövlət Departamenti jurnalistlərə açıqlamasında Sallivanın ailəsi ilə bir az vaxt keçirəcəyini və bundan sonra Moskvaya qayıdacağını bildirib.

Mənbənin bildirdiyinə görə, Sallivanın geri dönməsi önümüzdəki həftələrdə baş tutmalıdır.

Bu günün əvvəlində eyni nəşr yazıb ki, Rusiya DİN-in Ağ Ev tərəfindən Rusiya Federasiyasına yeni sanksiya tətbiq etməsi ilə əlaqədar "tövsiyə etməsinə” baxmayaraq, Amerika diplomatik nümayəndəliyinin rəhbəri Rusiyanı tərk etməkdən imtina edib. Bildirilir ki, Kreml Sallivanın ölkəni tərk etməsini istəsə, onu buna məcbur edəcəklər.

Xatırladaq ki, ABŞ-ın 15 aprel tarixində kiber hücumlar və seçkilərə müdaxilə ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar ölkənin suveren borcunun məhdudlaşdırılmasını nəzərdə tutur. Amerika bundan başqa 10 rus diplomatı da ölkədən qovub. Buna cavab olaraq, Moskva səfir Sallivana məsləhətləşmələr üçün vətəninə getməsini "məsələhət görüb” və 10 amerikalı diplomatın Rusiyadan qovulduğunu elan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26