Interposta.Info

RƏSMƏN AÇIQLANDI: Rusiyanın qorxduğu silahlar Ukrayna ordusuna verildi

Dünya
 2-06-2022, 15:09     317


Böyük Britaniya M270 reaktiv yaylım atəş sistemlərini Ukraynaya təhvil verib.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, M270 silahları 80 kilometrə qədər məsafədəki hədəfləri sıradan çıxara bilir. Açıqlamada bildirilir ki, Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək. Nazirlik bəyan edib ki, Britaniyanın bu həmləsi ABŞ-ın Ukraynanı reaktiv yaylım atəşi sistemləri ilə təmin etməsi barədə qərarı ilə əlaqəlidir.

Qeyd edək ki, ABŞ da Ukraynaya oxşar silahlar verilməsi barədə qərar qəbul edib. Rusiya belə silahların Ukraynaya verilməməsi barədə xəbərdarlıq etmişdi./metbuat.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26