Interposta.Info

Mərmərə dənizində yük gəmiləri toqquşub

Dünya
 30-05-2022, 10:42     216


Mərmərə dənizində iki yük gəmisi toqquşub, itki yoxdur.

“Report”un məlumatına görə, bu barədə Türkiyənin “TRT Haber” telekanalı xəbər verib.

Qeyd edilir ki, "Mare" quru yük gəmisi Mərmərə dənizində üzərkən naməlum səbəbdən idarəetmədən çıxıb. Bu zaman o, digər quru yük gəmisi "Arel-4" ilə toqquşub.

Əraziyə sahil təhlükəsizlik qrupları göndərilib. Ekipajlar qəza ilə bağlı hesabat hazırlayıblar.

"Toqquşmadan sonra hər iki gəmi reysə davam edib. Tələfat yoxdur", - telekanal bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26