Interposta.Info

Ermənistan müxalifətinin tərəfdarları İrəvanda metronun hərəkətini bloklayıb

Dünya
 23-05-2022, 14:35     252

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalif “Müqavimət” hərəkatının üzvləri bu gün səhər saatlarında İrəvan metrosunun işinə mane olub.

AZƏRTAC xəbər verir ki, aksiya yerli portallar tərəfindən canlı yayımlanıb.

Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar “Eritasardakan” (Gənclik) metro stansiyasında vaqonların qapılarını tutaraq onu yerindən tərpənməyə qoymayıb. Hadisə yerinə gələn xüsusi təyinatla polis qüvvələri aksiya iştirakçılarını saxlamağa başlayıb. Parlamentin müxalif “Ermənistan” blokundan olan deputatı Areqnaz Manukyan indiyədək üç fəalin, o cümlədən bir yeniyetmənin saxlanıldığını deyib.

Hökumət nümayəndələri artıq metronun fəaliyyətinin bərpa olunduğunu bildirib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26