Interposta.Info

İtaliyada azyaşlıları sosial medianın zərərlərindən qoruyacaqlar

Dünya
 12-05-2022, 15:11     190


İtaliyanın Ədliyyə Nazirliyi azyaşlı uşaqları sosial medianın zərərlərindən qorumaq üçün yeni qanun layihəsi hazırlayıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, uşaqların sosial media şəbəkələrinə daxil olması müəyyən qaydalar əsasında mümkün olacaq. Sosial media şəbəkələrində yeni hesab açarkən insanlardan daha ətraflı məlumat istəniləcək, həmçinin şəxsiyyət yoxlama sistemi tətbiq olunacaq.

İtaliya hökuməti bununla uşaqların erkən yaşda sosial şəbəkələrdən istifadəsinin qarşısı almağı nəzərdə tutur. Həmçinin yaşını az göstərərək hesab açanların və pis niyyətlə azyaşlılara təsir göstərmək istəyənlərin qarşısı alınacaq. Bu şəbəkələrdən pedofiliya üçün istifadə etməyə cəhd edənlərin də qarşısı alınacaq.

Qeyd edək ki, son dövrlərdə İtaliyada sosial mediadan zərər görən azyaşlıların sayı artmaqdadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26