Interposta.Info

Makron: "3-cü dünya müharibəsindən qaçmaq üçün Putinlə danışmaq lazımdır"

Dünya
 22-04-2022, 17:54     259

"3-cü dünya müharibəsindən qaçmaq üçün Putinlə dialoqa davam etmək lazımdır".

Qaynarinfo "Politico” saytına istinadən xəbər verir ki, bu barədə Makron "France İnter” radiosuna müsahibəsində deyib.

Seçki öncəsi sonuncu müsahibəsində Makron Ukraynadakı böhranı həll etmək üçün Rusiyaya qarşı hərbi yol seçməyin riskləri barədə xəbərdarlıq edib.

O, hərbi yol seçilərsə, konfliktin qızışacağını, bunun da öz növbəsində yeni dünya müharibəsinə gətirə biləcəyini vurğulayıb.

Makron Paris və Berlinin müharibəyə bir başa müdaxilə etməməyə qərar verdiyini, əvəzində Ukraynaya çox sayda silah göndərdiyini bildirib.

"Əgər biz bunu eləməsəydik, bəlkə də Kiyev çoxdan əldən getmişdi”, deyə Makron bildirib.

Makron həmçinin prezident seçilərsə, Putinlə yenidən danışa biləcəyini istisna etməyib. Qeyd edib ki, Putinlə dialoqu dayandırmaq danışıqları Türkiyə və Çin kimi başqa güclərə vermək deməkdir. Bu isə o deməkdir ki, Avropada sülhü qeyri-avropalılar bərpa edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26