Interposta.Info

Putin Buçada soyqırım törətməkdə ittiham edilən briqadanı mükafatlandırdı (VİDEO)

Dünya
 19-04-2022, 19:50     394


Ukraynanın Buça şəhərində müharibə cinayətləri törətməkdə ittiham edilən briqada Rusiyada mükafatlandırılıb.

Qaynarinfo "Aljazeera” saytına istinadən xəbər verir ki, Rusiya prezidenti tərəfindən verilən qərarla 64-cü motoatıcı briqadaya "Vətən və dövlət maraqlarını” müdafiəsinə görə "Müdafiəçilər” titulu verilib.

Briqada əməliyyatda göstərdiyi kütləvi qəhrəmanlıq, şücaət, dözümlülük və cəsarətə görə təriflənib.

Ukrayna Müdafiə Nazirliyi adı çəkilən briqadanın Ukraynada müharibə cinayətləri törətdiyini bildirmiş və briqadaya daxil olan şəxsi heyətin adı, soyadı, rübtələri və pasport məlumatlarını paylaşaraq onların cəzalandırılacağını bildirmişdi.

Qeyd edək ki, Ukrayna prokurorluğu bu briqadanın geri çəkildiyi Kiyev ətrafındakı ərazilərdən güllələnmiş 410 mulki vətəndaşın cəsədinin tapıldığı haqqında məlumat vermişdi.

Onların şəkilləri qısa müddət əvvəl bütün dünya mətbuatında yayılmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26