Interposta.Info

Rusiya Finlandiyanı yer üzündən silməklə hədələsə də, finlər geri çəkilmədi

Dünya
 13-04-2022, 18:03     338

Finlandiya baş naziri Sanna Marin ölkəsinin NATO-ya qoşulub qoşulmayacağı qərarını aylar yox, bir neçə həftə içində verəcəyini açıqlayıb.

Qaynarinfo "Euronews” saytına istinadən xəbər verir ki, Sanna Marin Finlandiya parlamenti ilə konsensus tapmağa ümidli olduğunu bildirib.

Baş nazir bildirib ki, əvvəlcə qərar barədə hər hansı vaxt müəyyən edilməmişdi, ancaq hər şey Rusiyanın Ukraynaya hücumu ilə dəyişdi.

"Fikrimcə, bu, çox tez baş verəcək. Aylar yox, həftələr içində”, - Sanna Marin bildirib.

O, üzümüzə gələn həftələrdə bütün parlamentar qrupların və prezidentin qərar verməsi üçün fürsətinin olacağını bildirib.

Marin isveçli həmkarı Maqdalena Anderson ilə məsələni müzakirə etmək üçün Stokholma gedib.

İsveçin Sosial Demokrat Partiyası da NATO-ya qoşulmaq üçün daxili müzakirələrə başlayıb.

"Tarixin əhəmiyyətli dövründəyik, təhlükəsizlik mənzərəsi tamamilə dəyişilib”, - İsveç baş naziri bildirib.

Xatırladaq ki, rusiyalı rəsmilər Finlandiya və İsveçin NATO-ya qoşulmasını təhdidlə cavablayıblar. Kremlin sözcüsü Dmitri Peskov bunun Avropada stabilliyi poza biləcəyini bildirib.

Rusiya Duması deputatı isə Finlandiyanı yer üzündən silməklə hədələyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26