Interposta.Info

Fransız qadına qurban gedən banklar:

Dünya
 31-03-2017, 19:36     408

Fransanın “Milli Cəbhə” Partiyasının ultrasağçı lideri, ölkə prezidentliyə namizəd Marin Le Pen 2016-cı ilin yayında 3 milyon avro kredit üçün Rusiya bankına müraciət edib.
Publika.az xəbər verir ki, bu haqda “Mediapart” nəşrində deyilir.
Nəşrin əlinə “Milli Cəbhə”nin daxili kağızları içərisindən iki sənəd keçib. Onlardan biri partiya rəhbərliyinin toplantısının protokoldur. Toplantıda Rusiyanın “Strategiya” (Strategy Bank) bankından üç milyon avro borcun götürülməsi üzrə layihə müzakirə olunub. Sənədin üzərinə 15 iyun 2016-cı il tarixi qoyulub. Toplantının qərarı ilə partiyanın xəzinədarı Valleran de Sen-Jyustə kredit haqqında sənədi imzalamaq üçün səlahiyyət verilib.
İkinci sənəd prezident kampaniyası çərçivəsində xərclər üçün Marin Le Penə eyni məbləğdə pulun ötürülməsi haqqında razılaşmadır.
“Mediapart”ın xəbərinə “Milli Cəbhə”nin reaksiyası üçün çox gecikməyib. Partiyanın xəzinədarı məqaləni “səhv hərəkət və ağılsızlıq” adlandırıb.
“Mediapart” növbəti dəfə məxfiliyi pozaraq məqaləni dərc edib ki, “Milli cəbhə” Rusiya bankı ilə kredit haqqında üçüncü razılaşmanı imzaladı. Bu səhvdir və mənasızdır. Oğurlanmış sənədlər bunun üçüncü kredit olduğunu heç vaxt təsdiq etmir”, - Valleran de Sen-Jyust bildirib.
Rusiya banklarının taleləri
2015-ci ilin iyununda “Milli Cəbhə”nin lideri özü deyib ki, onun partiyası Rusiya banklarından birində kredit götürüb. Lakin o, partiyanın Rusiya hökuməti tərəfindən maliyyələşdirildiyi barədə ittihamları rədd edib.
2016-cı ilin fevralında fransız KİV-ində informasiya çıxdı ki, “Milli Cəbhə” Rusiya banklarından prezident və parlament seçkilərində partiyanın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi üçün 27 milyon avro borc isyətib. Daha sonra məlum oldu ki, Birinci Çex-Rusiya bankı partiyaya kredit verib. Bank həmin ilin martında lisenziyadan məhrum edilib və müflis elan olunub.
“Strategiya” bankına gəlincə, o da Birinci Çex-Rusiya bankının taleyini yaşayıb. Rusiya Mərkəzi Bankı 21 iyul 2016-cı il tarixində Moskva kredit təşkilatında lisenziyanı geri çağırıb.
Ultrasağçı siyasətçinin Rusiya ilə əlaqələri
Martın sonunda “Milli Cəbhə” Partiyasının sədr müavini Florian Filippo əmin edib ki, Marin Le Pen seçkiqabağı kampaniyanın maliyyələşdirilmə haqqında xahişlərlə Rusiya banklarına müraciət etməyəcək. O əlavə edib ki, xaricdə partiya üçün bəzi variantlar var, amma bu variantlar arasında Rusiya olmayacaq.
Fransanın bütün bankları isə Marin Le Penin prezident kampaniyasına kredit verməkdən imtina edib. Bu haqda Fransa ultrasağçıların liderinin özü BFM-TV-nin efirində bildirib.
“Bütün Fransa bankları mənim prezident kampaniyamı kreditləşdirməkdən imtina edir. Baxmayaraq ki, onlar heç nə ilə risk etmirlər. Axı biz 5 faizdən çox səs toplayacağımıza əminik. Görürük ki, bu, siyasi qərardır”, - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, prezident kampaniyasının aparılması üçün 6 milyon avro çatışmır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva ABŞ-dakı seçkilərlə əlaqədar səslənən ittihamlar fonunda başqa ölkələrdə seçki prosesinə müdaxilə kimi izah edilə biləcək hərəkətlərdən çəkinir.
Daha əvvəl “Figaro” qəzeti yazıb ki, “Milli Cəbhə” seçki kampaniyasının maliyyələşdirilməsi üçün pul axtarmağa davam edir. Partiya nümayəndələri hesab edirlər ki, maliyyə vəsaitini həm Avropada, həm də qalan dünyada, xüsusilə Asiyada tapa biləcəklər.
“Milli Cəbhə” lideri seçkilərdən bir ay əvvəl - martın 24-də Moskvaya baş çəkərək Rusiya prezidenti Vladimir Putin və parlament üzvləri ilə görüşüb. Dmitri Peskov jurnalistlərə bildirib ki, görüşlərdə “Milli Cəbhə”nin seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi məsələləri heç bir halda gündəmdə olmayıb. Marine Le Penin özü də həmçinin qeyd edib ki, Rusiya lideri ilə görüşdə onun partiyasına maliyyə dəstəyi müzakirə edilməyib.
Marin Le Penin perspektivləri
Fransada prezident seçkilərinin iki turu 23 apreldə və 7 may 2017-ci il tarixlərində keçiriləcək. “Opinion Way” şirkətinin sorğusuna əsasən seçkilərin birinci turunda “Milli Cəbhə”nin lideri ilə onun əsas rəqibi olan iqtisadiyyat naziri Emmanuel Makronla bərabər gedir. Hər iki namizəd ilk turda 24 faiz səs ala bilər. Fransanın sabiq baş naziri Fransua Fiyon seçicilərin 19 faiz səsini alması gözlənilir.
Tədqiqatın nəticələrinə əsasən, Marin Le Pen ikinci turda Makrona uduzacaq. İkinci turda nazirin 63, qadın siyasətçinin isə 37 faiz səs toplayacağı gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26