Interposta.Info

Britaniya 811 min dollara aldığı zirehli maşınları Ukraynaya göndərir FOTO VİDEO

Dünya
 11-04-2022, 10:47     255

Böyük Britaniyanın Ukraynaya “Mastiff” ağır zirehli maşınları göndərəcəyini müdafiə naziri Ben Uolles təsdiqləyib.

Alp.az bu barədə Defence24.Pl portalına istinadla xəbər verir.

Portal qeyd edir ki, “Mastiff” zirehli avtomobili Avstraliya “Bushmaster”indən sonra ikinci ən bahalı minadan mühafizə vasitəsidir (MRAP). Baş nazir Boris Consonun Kiyevə səfərindən sonra elan etdiyi 120 avtomobilin hamısı olmasa da, ən azı bir qismi “Mastiff”lərdən ibarət olacaq. Xatırladaq ki, bir neçə gün öncə Avstraliya hökuməti Ukraynaya 20 ədəd “Bushmaster” göndərmişdi.

20 ədəd “Bushmaster”in qiyməti Avstraliya dolları ilə 50 milyon, ABŞ dolları ilə isə 37 milyon dollardır.

Beləliklə, bir ədəd “Bushmaster” Avstraliya hökumətinə 1 milyon 850 min ABŞ dollarına başa gəlib, lakin bu MRAP-in bir ədədinin qiyməti “sifarişçi”nin təchizata dair istəyinə görə 2,5 milyon ABŞ dollarına qədər dəyişə bilir.

“Mastiff”lərin biri isə ortalama qiymətlə Böyük Britaniya hökumətinə 810 min 694 ABŞ dollarına başa gəlib, lakin 2010-cu ildə Birləşmiş Krallıq hökuməti 102 ədəd “Mastiff” üçün istehsalçı “Force Protection” şirkətinə 122 milyon – yəni, hər maşına görə 1 milyon 196 min ABŞ dolları ödəmişdi. (mənbə: army-guide.com).


“Mastiff” 7,62 mm pulemyot, 12,7 mm ağır pulemyot və ya 40 mm avtomatik qumbaraatanlar da daxil olmaqla bir çox silahla təchiz oluna bilən 6×6 “Cougar”-ın Böyük Britaniya versiyasıdır. O, gövdə altında 15 kq-a qədər partlayıcı maddənin partlamasına tab gətirə bilir. Avtomobil 2005-ci ildə iki oxlu həmkarının uğuru sayəsində hazırlanıb.

Əlavə oxa görə avtomobil eyni eni və hündürlüyü saxlamaqla sələfi “Cougar”dan 2 metr (7,9 metr) uzundur. Avtomobilin boş çəkisi 19 tona qədər artıb və icazə verilən ümumi çəkisi 29,2 tona çatıb. Avtomobilin yükgötürmə qabiliyyəti 7,2 ton müəyyən edilib.

Layihə çərçivəsində Britaniya hökumətinə neçə avtomobilin təhvil veriləcəyi dəqiqləşdirilməyib. Ukraynaya yardım. Avtomobillər çox güman ki, Mərkəzi və Şərqi Avropa ölkələrindən birinə aparılacaq, sonra isə Ukraynaya veriləcək.

Həm “Mastif”lər, həm də “Bushmaster”lər Ukrayna qüvvələri üçün çox dəyərli olacaqlar, çünki əldəqayırma partlayıcılardan istifadə edərək getdikcə daha çox müxtəlif növ pusqular görürük.

Aşağıdakı şəkildə “Bushmaster” zirehli maşınıdır (onların barəsində növbəti yazımızda daha geniş məlumat verəcəyik).

Bu MRAP-ların imkanları həm atıcı silahlara və parçalanmış atəşə qarşı müqaviməti sayəsində döyüş əməliyyatlarında, həm də Rusiya qoşunları tərəfindən tərk edilmiş ərazilərdə adi rabitə xətlərinin təhlükəsizliyinin bərpasında mühüm əhəmiyyət kəsb edəcək. İşğalçıların nə qədər ölümcül “sürprizlər” qoyub getdiyini nəzərə alsaq, sözügedən MRAP-lərin Ukraynada istifadəsi çox vacib olacaq.

Xatırladaq ki, Polşa da bu yaxınlarda artıq Amerikanın işlənmiş arsenalından 300 ədəd “Cougar 4×4” alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26