Interposta.Info

Rusiya ordusunun itkiləri - İNANILMAZ RƏQƏMLƏR: 19 min hərbçi, 700 tank...

Dünya / Manşet
 9-04-2022, 15:03     361

Ukrayna Baş Qərargahı Rusiyanın verdiyi itkilərin sayını açıqlayıb.

"İnterPosta" Teleqraf.com-a xəbər verir ki, Ukrayna tərəfinin açıqladığı rəqəmləri rus ordusunun böyük itkilər verdiyinə dəlalət edir.

Bildirilir ki, fevralın 24-dən başlanan müharibədə indiyə qədər rus ordusunun canlı itkisi 19 mindən çoxdur.

Vurulan tanklar -700 ədəd, zirehli döyüş maşınları- 1895, artilleriya sistemləri - 335, reaktiv yaylım atəşi sistemləri - 108, hava hücumundan müdafiə - 55 ədəd, təyyarələr - 151, helikopterlər - 136, avtomobil texnikası - 1363 ədəd, gəmi və qayıqlar - 7, yanacaq və sürtkü materialları olan çənlər - 76, əməliyyat-taktiki səviyyəli dronlar- 112 ədəd.

Qeyd olunur ki, hazırda məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Qeyd edək ki, Ukrayna tərəfi özünün itkilərinə dair məlumatlar açıqlamır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26