Interposta.Info

Kadırovdan iddia: “Qostomeldəydim, indi isə Kiyevdəyəm...”

Dünya
 14-03-2022, 13:02     262

Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyev yaxınlığındakı Qostomeldə olduğunu iddia edir və artıq paytaxtda ola biləcəyi ilə hədələyir.

Qaynarinfo Pravda.com-ua-ya istinadla xəbər verir ki, bu haqda Kadırovun TG-dəki kanalı məlumat yayıb.

Kadırov bir video yerləşdirib və onun Kiyevdən 25 km aralıda, Qostomeldə çəkildiyini iddia edib.

"Videoda biz Qostomeldəyik. Kiyev faşistləri, keçən gün sizdən 20 km uzaqda idik, indi isə daha da yaxınlaşdıq və təxmin edin, nə qədər yaxınlaşmışıq... İntriqanı bir az da artırım: bəlkə də biz artıq Kiyevdəyik və yalnız lazımlı əmri gözləyirik?".

Kadırovun hazırda Ukraynada olması ilə bağlı məlumat təsdiqini tapmayıb. Bununla belə, onun Ukraynaya "səyahət" etdiyini Rusiya təbliğat mediası - RBK, "Komsomolskaya Pravda" və "RİA Novosti" "işıqlandırıb”.

Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, hazırda Kadırovun Ukraynada olub-olmaması ilə bağlı məlumatlar yoxlanılır, lakin onun bir gün əvvəl Qroznıda göründüyü barədə məlumat var.

Buna Kadırov "Çəkilişləri görməyibsən, yoxsa gəlib qapını döyməliyəm?” deyə cavab verib.

Aretoviçin sözlərinə görə, Kadırovun Kiyev yaxınlığında olması təsdiqlənərsə, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək.

Xatırladaq ki, Kadırovun qoşunlarının xüsusi dəstələri Kiyev istiqamətindədir (Kiyev dənizi, İrpen, Qostomel, Buça).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26