Interposta.Info

Ərdoğan Rusiya və Ukrayna XİN başçılarının görüşündən gözləntilərini açıqladı

Dünya
 9-03-2022, 15:00     186

"Sabah Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə ümid edirəm”.

"İnterPosta" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, son günlər Azərbaycan Prezidenti İlham Əliyev, BMT Baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimi Zelenski və Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə telefon danışığı aparıb:

"Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda, müdafiə və xarici işlər nazirlərimiz də həmkarları ilə dəfələrlə danışıblar. Ölkəmizin bu məsələdəki neytrallığının nə qədər məqsədyönlü olduğu hər ötən gün daha çox ortaya çıxır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26