Interposta.Info

İlham Əliyevlə Ərdoğan Ermənistanla münasibətləri və Ukraynanı müzakirə etdi

Manşet
 23-02-2022, 19:36     382

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"İnterPosta" xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan eyni zamanda Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıblar.

İki ölkə liderləri regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26