Interposta.Info

Rusiyadan fiziki şəxslərin xaricə pul köçürməsinə limit qoyuldu

 

Dünya
 6-03-2022, 16:55     248

Rusiya Mərkəzi Bankı maliyyə sabitliyini təmin etmək üçün fiziki şəxslər tərəfindən xaricə başqa şəxslərə və ya qohumlarına aylıq 5000 ABŞ dolları məbləğindən artıq bank köçürmələrini məhdudlaşdırmaq barədə qərar verib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bank məlumat yayıb.

Beləliklə, fiziki şəxslər tərəfindən bank vasitəsi ilə xaricə başqa şəxslərə və ya qohumlarına ay ərzində maksimum 5000 ABŞ dollar göndərilə bilər.

Qeyd edilib ki, Rusiya Mərkəzi Bankı valyuta bazarında artan volatilliyi nəzərə alaraq, maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş əvvəllər qəbul edilmiş qərarlara əlavə olaraq, səlahiyyətli banklara təqvim ayı ərzində fiziki şəxslər-rezidentlər tərəfindən xaricə başqa şəxslərə və ya qohumlarına aylıq 5 min dollar məbləğindən artıq bank köçürmələrinin həyata keçirilməsini məhdudlaşdırmağı tapşırır.

Məhdudiyyətlərə bank hesabı açmadan köçürmələr və ya rezident fiziki şəxslərin hesablarından köçürmələr daxildir.

Tənzimləyicinin (Mərkəzi Bankın-red ) göstərişinə əsasən qohumların siyahısına ər-arvad və ya yaxın qohumlar, valideynlər və uşaqlar, baba, nənə və nəvələr, atadan bir və ya anadan bir qardaş və bacılar daxildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26