Interposta.Info

Məşhur boksçu Rusiyaya qarşı döyüşdə könüllü olmağa hazırdır

 

Dünya / İdman
 5-03-2022, 08:45     282

Ağır çəkidə WBC boks üzrə dünya çempionu Tayson Fyuri ölkəsinin Rusiyaya qarşı müharibəyə daxil olduğu halda ordu sıralarına yazılacağını deyib:

“İngiltərə və ya ABŞ müharibəyə müdaxilə edərsə, mən ilk növbədə qatılacağam. Atam da, bütün uşaqlar da könüllü olaraq qeydiyyatdan keçəcəyik”.

O bildirib ki, hansı ölkədənsinizsə, orada yaşayıb, onu qoruyun.

“Qadınınızı sevin və ölkəniz üçün döyüşün”, - Fyuri deyib.

Dünya çempionu ordu sıralarına yazılan ukraynalı tanınmış boksçular Aleksandr Usik və Vasili Lomaçenkonun atdığı addımdan məmnun olduğunu bildirib:

“Bu, fantastik bir şeydir”./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26