Interposta.Info

Xaricdə yaşayan 80 min ukraynalı vətənlərini qorumaq üçün geri qayıtdı

Dünya
 2-03-2022, 09:47     339

Xaricdə işləyən və ya müvəqqəti yaşayan Ukrayna vətəndaşları onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün öz vətənlərinə qayıdırlar.

"İnterPosta" bu barədə UNİAN-a istinadən xəbər verir. Məlumata görə, Rusiyanın hərbi müdaxiləsi başlayandan-24 fevraldan sonra ölkə xaricindən Ukraynaya qayıdan 80 min insanın böyük əksəriyyəti kişilərdir.

“Xaricdə işləyən və ya müvəqqəti yaşayan Ukrayna vətəndaşları onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün öz vətənlərinə qayıdırlar. Onlar Silahlı Qüvvələrin, digər hərbi birləşmələrin və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulurlar”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26