Interposta.Info

"Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"

Siyasət
 29-10-2018, 18:20     10 399

"Mövcud problemlər sülh yolu, beynəlxalq hüquq çərçivəsində sərhəd toxunulmazlığı ilə həll olunmalıdır"

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələlərdə Türkiyənin mövqeyi dəyişməzdir. "Bir daha bəyan edirik ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir".

Nazir əlavə edib ki, üçtərəfli görüşdə ölkələrin birgə həyata keçiridiyi iqtisadi layihələrin əhəmiyyəti, gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb./azvision.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26