Interposta.Info

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət
 20-12-2017, 18:44     10 522

Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Bakını özünün mühüm tərəfdaşı sayır

Bu barədə bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda deyilir.

Hesabat 2015-ci ilin yanvar ayından bu günə qədər olan 3 illik dövrü əhatə edir və yenidən baxılmış Avropa Qonşuluq Siyasətinə (ENP) uyğun olaraq Azərbaycanla bağlı ilk belə qiymətləndirmədir.

Orada qeyd olunur ki, Avropa İttifaqı və Azərbaycan, o cümlədən Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın modernləşdirilməsi və gücləndirilməsi ilə bağlı yeni hərtərəfli saziş üzrə danışıqlara başlamaqla qarşılıqlı münasibətləri və dialoqu bərpa ediblər.

"Azərbaycan həmçinin iqtisadiyyatın diversifikasiyası üzrə mühüm prosesə başlayıb. Aİ Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır və ümumi ticarətin 48,6%-ni təşkil edir, birbaşa xarici sərmayələrin ən böyük payını təmin edir", - sənəddə vurğulanır.

Eyni zamanda Azərbaycanın multikulturalizm və dini tolerantlığın təşviqinə sadiq olduğu qeyd edilib. (report.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26