Interposta.Info

“Hakimiyyətin daxilində olan elə qüvvələr var ki,...” –

Siyasət
 6-04-2017, 20:45     538

Partiya sədri: “Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq danışıqlarına başlaması və növbəti mərhələnin Bakıda keçirilməsi alqışlanası haldır”

“Hakimiyyətin daxilində olan elə qüvvələr var ki, onlar Azərbaycanın tam demokratik bir dövlətə çevirilməsini və Qərb dövlətləri arasında söz sahibi olmasını istəmirlər”.


Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqları şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Aprelin axırında Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq və siyasi dialoq üçün yenilənmiş yeni saziş üzrə danışıqların növbəti mərhələsinin Bakıda keçiriləcəyi qərarlaşdırlıb. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç məlumat verib. Qeyd edək ki, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqların ilk mərhələsi fevralın 7-i Brüsseldə baş tutmuşdu. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirməməsi münasibətlərin gələcək taleyinə necə təsir edə bilər?

Hafiz Hacıyev: “Ümid edirəm ki, Avropa İttifaqı ilə əməkdaşlıqda böyük nailiyyətlər əldə edə bilərik”.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa dair saziş imzalamasının müsbət hal olduğunu bildirən Hafiz Hacıyevə görə, bu cür əməkdaşlıq ölkənin gələcək prespektivi üçün önəmlidir:

“Avropa İttifaqi və Qərb dövlətlərinin həmişə Azərbaycandan tələb etdikləri müəyyən məsələlər var. O cümlədən, Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığı, siyasi məhbus məsələlərini daha çox önə çəkirlər. Onlar çalışırlar ki, müəyyən vasitələrlə bizə təzyiqlər göstərsinlər. Avropanın dəyərləri var. Onlar söz və mətbuat, sərbəst toplaşma azadlığını daha çox tələb edirlər.

Bizim tez-tez Avropa İttifaqının nümayəndələri ilə görüşlərimiz olur. Bunu onlar bizə deyirlər. Hər halda Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq danışıqlarına başlaması və növbəti mərhələnin Bakıda keçirilməsi alqışlanası haldır. Fikrimcə, bunun müsbət təsirləri olacaq. Bu əməkdaşlıq Azərbaycanın demokratikləşməsi məsələsində böyük töhfə verə bilər. Biz qorxmamalıyıq. Ölkədə olan bəzi insanlar bu danışıqları pozmağa çalışırlar, amma hesab edirəm ki, prezidentimizin cəsarətli iradəsi ortadadır. O, bu məsələlərdə qəti mövqeyini ortaya qoyub və qoyacaq.

Hakimiyyətin daxilində olan elə qüvvələr var ki, onlar Azərbaycanın tam demokratik bir dövlətə çevirilməsini və Qərb dövlətləri arasında söz sahibi olmasını istəmirlər. Fikrimcə, Azərbaycandakı siyasi partiyalar dövlət başçısına dəstək verməlidir və biz Azərbaycanın Avropa İttifaqının tamhüquqlu üzvü olması üçün əlimizdən gələni etməliyik. Bu gələcəkdə xoş günlərə çatmaq üçün bizə lazımdır. Biz beləcə işğalda olan torpaqlarımızı da işğalçılardan azad edə bilərik. Ümid edirəm ki, Avropa İttifaqı ilə əməkdaşlıqda böyük nailiyyətlər əldə edə bilərik. Avropa İttifaqı zamanla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb və buna heç kimin şübhəsi ola bilməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26