Interposta.Info

Yunanıstan türk balıqçılarına atəş açdı - 1 nəfər yaralandı

Dünya
 23-02-2022, 12:17     224

Yunanıstan qüvvələri Egey dənizində Türkiyənin iki balıqçı qayığına hücum edib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Saqqız adası və İzmirin Qaraburun rayonu arasında baş verib.

Məlumata görə, Yunanıstan qüvvələrinin türkiyəlilərə açdığı atəş nəticəsində 1 nəfər yaralanıb.

"Yunanıstan qüvvələrinin müdafiəsiz balıqçılara atəş açması qəbuledilməzdir, insanlıq cinayətidir”, - Sahil Mühafizəsi Komandanlığının məlumatında qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26