Azərbaycanlı referi Yunanıstan çempionatında oyun idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb.
Bu barədə yunan mediası məlumat yayıb.
Məlumata görə, referi Yunanıstan Super Liqasının XXIV turunun PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək. Bu turun mərkəzi qarşılaşması hesab edilir.
Azərbaycanlı referiyə Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq.
Maraqlıdı ki, Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edəcək yeganə əcnəbi referi olmayacaq. Məsələ burasındadı ki, AEK - "Panatinaikos" matçı üçün də almaniyalı Tobias Veltsə dəvət göndərilib.
Qeyd edək ki, PAOK hazırda Super Liqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşıb./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26