Interposta.Info

“Qanuni oğru” xüsusi xidmət orqanının xəfiyyəsi çıxdı - Ukraynada “Koba qalmaqalı”

 

Dünya
 18-02-2022, 16:22     289

Ukraynanın Kiyev şəhərində saxlanılan 47 yaşlı gürcü əsilli "oğru” Koba Şemazaşvili (Koba Rustavski) Rusiya xüsusi cidmət orqanlarının xəfiyyə imiş.
"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Koba Rustavski ötən ilin dekabrında Ukrayna Milli Polisinin Strateji Təhqiqatlar Departamentinin əməkdaşları tərəfində tutulub. O, hazırda Nikolayev şəhərində yerləşən İstintaq Təcridxanasında saxlanılır.

Koba Rustavski İspaniya vətəndaşı olduğuna görə saxlanıldıqdan sonra bu ölkəyə ekstradisiya edilməsi barədə qərar qəbul edilib. Lakin "qanuni oğru” qərardan şikayət verib.

Ukrayna mediası yazır ki, Nikolayev şəhərinin Mərkəzi Rayon Məhkəməsinin sədri Qalina Podzuqin Koba Rustavskinin şikayətinə baxılmasını müxtəlif bəhanələrlə təxirə salır və bununla da faktiki olaraq "qanuni oğru”nun ekstradisiyasını yubadır. İddialara görə, Podzuqin bunun müqabilində Kobanın adamlarında 100 min dollar pul alıb.

Məlumatda həmçinin bildirilir ki, Koba Rustavski Ukraynada başqa bir gürcü əsilli "qanuni oğru” Laşa Şuşanaşvilinin yaxın ətrafına daxildir. Maraqlıdır ki, Ukrayna mediası Şuşanaşvilinin də Rusiya xüsusi xidmət orqanlarının casusu olduğunu yazır. Bildirilir ki, Koba Rustavskinin Ukraynaya gəlişi ölkədəki kriminal mühiti, həbsxanaları nəzarətə götürmək və lazım gəldiyi anda stabilliyi pozmaq üçün bundan istifadə etmək məqsədi daşıyır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26