Interposta.Info

Polşa Belarusla sərhəddə hasar çəkir

 

Dünya
 26-01-2022, 09:56     379

Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb
.
Bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb.

"Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, - məlumatda deyilir.
Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur.

Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya girməyə çalışsalar da, bu mümkün olmayıb. Polşa hakimiyyəti hərbçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrini, eləcə də hərbi texnikanı sərhədə göndərib.

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, 2021-ci ilin payızının əvvəlindən Belarusdan sərhədi qanunsuz keçməyə 20 minə yaxın cəhd qeydə alınıb./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26