Interposta.Info

Telman İsmayılovun sığınacaq almaq səbəbi məlum oldu

Dünya
 23-10-2021, 20:59     446

Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq almaq səbəbi məlum olub.

Biznesmenin vəkili Miloş Vuksanoviç bildirib ki, Sürix prokurorluğu Telman İsmayılova qarşı çirkli pulların yuyulması işini bağlamaq qərarından sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26