Interposta.Info

Ermənistanın keçmiş müdafiə naziri saxlanıldı

Dünya
 29-09-2021, 18:55     211


Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.

Bu barədə məlumatı "Hraparak” qəzeti yayıb.

Məlumata görə, tezliklə D. Tonoyanın həbsi barədə vəsatət qaldırılacaq.

Bildirilir ki, bir neçə saat öncə güc strukturları Tonoyanın evində axtarış həyata keçirib.

Qeyd olunur ki, axtarışlar paralel olaraq Ermənistan Silahlı Qüvvələrinin Aviasiya idarəsinin rəisi Avetik Muradyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da evində aparılıb. Stepan Qalstyan, həmçinin ölkənin Milli Təhlükəsizlik Xidmətinə də çağırılıb.

Qəzet yazır ki, növbədə digər sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov var. Sözügedən istintaq əməliyyatlarının yararsız aviasiya silahlarının alınması barədə cinayət işi ilə bağlı olması istisna edilmir./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26