Interposta.Info

Rusiyada baş verən dəhşətli yanğınların tüstüsü ABŞ-a çatdı (FOTO)
 

Dünya
 23-07-2021, 19:08     427

Yakutiyada baş verən dəhşətli yanğınlardan qalxan tüstü Alyaskaya çatıb.

İnterPosta.info
xəbər verir ki, bu haqda məlumatı CNN yayıb.

Yakutiyada quru və isti hava səbəbindən yanğınlar davam edir.

Bölgədə fövqəladə rejim elan edilib. Yanğın 1,5 milyon hektardan çox meşəni əhatə edib - qalın tüstü respublikanın demək olar ki, bütün şəhərlərini bürüyüb.
Ən çətin vəziyyət Eldikan, Balaqan, Udarnik, Svetlı, Suldukar və Çumpu-Kıtıl yaşayış məntəqələrinin yaxınlığındadır.

Daha əvvəl Yakutiya səlahiyyətliləri şəhərlər, qəsəbələr və kəndlər üçün yanğın təhlükəsi olmadığını qeyd etmişdilər. Yanğın mövsümü başlayandan bəri respublikanın 14 rayonunun 35 yaşayış məntəqəsinin təhlükə altında olduğu bildirilib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26