Interposta.Info

Oğru dünyasının ən qoca “müşketyoru” Derten koronavirusdan öldü

Dünya
 29-06-2021, 15:54     391

Kriminal dairələrdə Derten kimi tanınan ən yaşlı rus "qanuni oğru” Valentin Qudievski Sankt-Peterburqda 84 yaşında ölüb.

"İnterPosta" "Prime Crime” nəşrinə istinadla xəbər verir ki, o, koronavirusa yoluxması nəticəsində dünyasını dəyişib. Ona həm də oğrular dünyasının müşketyoru deyilirdi. Ləqəbini uşaq vaxtı çubuqlarla qılınc oynatmaq bacarığına görə alıb.

Dertenin 26 saylı şəhər xəstəxanasında öldüyü bildirilir. İnsult keçirdikdən sonra ora aparılıb. Axşam saatlarında Qudievskinin temperaturu yüksəlib. Səhər reanimasiyaya yerləşdirilib.

Son illərdə işlərdən uzaqlaşan Derten "oğru ailəsində” bir növ ənənələrin hamisi olub. Ona cinayət mühitinin bütün üzvləri tərəfindən xüsusi hörmət olub.
Ümumilikdə, Qudeivskinin əsasən oğurluq üstündə yeddi dəfə mühakimə olunub. Ona 1959-cu ildə həbs olunma zamanı müqavimət göstərdiyinə və və xuliqanlığa görüə ittiham irəli sürülüb. RSFSR Cinayət Məcəlləsinə əsasən Dertenə son dəfə 1989-cu ildə hökm oxunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26