Interposta.Info

Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar - VİDEO

Dünya
 11-05-2021, 13:57     466

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən atmağa məcbur qalıblar.

“Report” xəbər verir ki, hadisənin dəhşətli videogörüntüləri yayılıb.

Yaxınlıqdakı binalardan birindən çəkilmiş videogörüntülərdə iki şagirdin özünü binanın üçüncü mərtəbəsindən atdığını görmək olar. Bu zaman atəş səsləri eşidilir.

Digər şagirdlər aşağı mərtəbədəki pəncərələrdən atlayaraq qaçmağa çalışıblar.

Son məlumatlara görə, atışmada 13 nəfər həlak olub. Atəş açan saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26