Interposta.Info

Qırğızıstan Tacikitanla sərhəddən 30 minə yaxın vətəndaşını təxliyə etdi

Dünya
 1-05-2021, 15:46     411


Qırğızıstan hakimiyyəti Tacikistanla sərhədyanı məntəqədən 27 358 nəfər vətəndaşını təxliyə edib.

"Report” "24.kg”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikası səhiyyə nazirinin birinci müavini Aliza Soltonbekov mayın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təxliyə edilənlərə psixoterapevt və psixoloq qrupu yardım edir:

"Onlara pulsuz tibbi xidmət göstərilir. Arka, Ak-Tatır, Samarkandek, Janı-Jer, Kulundu kəndlərinin sakinləri təxliyə olunub” .

O, aprelin 28 və 29-da Tacikstan sərhədçilərinin açdığı atəş nəticəsində yaralana 163 nəfərin tibbi yardım üçün müraciət etdiyini, 33 nəfərin isə öldüyünü bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26