Interposta.Info

Ruslara hökumətdən təkilf: Türkiyəyə biletlərinizi Rusiyaya səfərə dəyişin

Dünya
 14-04-2021, 18:39     194

Ruslar üçün "qapalı" olan Türkiyə və ya Tanzaniyaya bir bilet Rusiyaya səfərlə dəyişdirilə bilər.

"İnterPosta" xəbər verir ki, mübadilə variantları Rosturismin mətbuat xidməti tərəfindən açıqlanıb.

Açıqlamada qeyd olunur ki, Türkiyəyə və ya Tanzaniyaya bir bilet daxili tur tətili üçün "tur operatoru ilə razılaşdırılaraq" dəyişdirilə bilər. Çeklərin mübadiləsi üçün şöbə əlavə "qaynar xətt" işə salıb.

Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək yeni koronavirus dalğası səbəbindən Türkiyə ilə sərnişin hava trafikini məhdudlaşdırmaq qərarı verib - reyslərin sayı qarşılıqlı olaraq həftədə ikiyə endiriləcək. Tanzaniyaya uçuşlar da dayandırılacaq. Bu qərar koronavirusla mübarizə adıyla federal opeativ qərargah tərəfindən verilib.

Türkiyənin özündə bu ərəfədə pandemiya ilə əlaqəli məhdudiyyətlər xəstəlik fonunda iki həftə daha sərtləşdirilib. Bunlara komendant saatı və ictimai nəqliyyat və restoranlarda müxtəlif məhdudiyyətlər daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, 13 apreldə Türkiyədə bir gündə 54.562 yeni koronavirus hadisəsi aşkar edilib. Bu, bütün pandemiya üçün dördüncü ən yüksək göstəricidir. Yoluxma maksimumu 9 aprel tarixində qeydə alınıb - 55 min 941./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26