Interposta.Info

Daha bir şəhərdən Bakıya çarter reysləri açılacaq

İqtisadiyyat
 25-02-2021, 19:35     151

"Ural Hava Yolları” Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirəcək.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə daşıyıcının Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, uçuşlar martın 11-dən başlayacaq və hər həftənin cümə axşamı həyata keçiriləcək.

Şirkətdən qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı mövcud məhdudiyyətlər səbəbindən hazırda Azərbaycana yalnız Azərbaycandakı diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və rəhbərləri və onların ailə üzvləri, ailə üzvləri Azərbaycan vətəndaşı olan əcnəbi vətəndaşlar, Azərbaycanda işləmək üçün icazəsi olan əcnəbi vətəndaşlar, həmçinin Azərbaycanda daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi vətəndaşlar və Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələr uça bilər.

"Azərbaycandan Rusiyaya isə Rusiya Federasiyası hökumətinin 635 saylı əmri ilə Rusiyaya daxil olma əsası olan vətəndaşlar uça bilərlər. Hava limanına təyyarənin Bakıdan yola düşməsindən ən azı 4 saat əvvəl gəlmək lazımdır. Həmçinin koronavirusla bağlı PZR testləri də tələb olunur”, - şirkətdən əlavə ediblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26