Interposta.Info

Səfirlik: Azərbaycan vətəndaşları yayda Türkiyəyə istirahətə gedə biləcəklər

Dünya
 3-06-2020, 15:56     605

Sərhədlər açılan kimi Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər.

Bu barədə “Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Hamımız pandemiya səbəbiylə bağlanmış sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, - deyə, diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlikdən, həmçinin o da vurğulanıb ki, Türkiyədə artıq şəhərlərarası nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətlər aradan qaldırıldığından turistlərin ölkənin müxtəlif şəhərlərinə sərbəst şəkildə gedəcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26