Interposta.Info

Suddeutsche Zeitung: “Donbas ehtimal ki, Rusiyanın bir hissəsi olacaq”

Dünya
 12-04-2021, 18:34     413


Donbas böyük ehtimalla Rusiyanın bir hissəsi olacaq.

Qaynarinfo xəbər verir ki, bu proqnozla Almaniyanın "Suddeutsche Zeitung” nəşri çıxış edib.

"Putinin 2019-cu ildən bəri süni yaradılmış DXR və LXR respublikalarının ərazilərində yüz minlərlə rus pasportu payladığı, Ukrayna dilini dövlət dili olaraq ləğv etdiyi və Ukraynanı əvvəllər ona məxsus olan daşınmaz əmlakdan məhrum etməsi təsadüfi deyil. Bu, sürünən bir ilhaqdır, ehtimal ki, həqiqi bir ilhaqla davam edəcək”, - İnopressa-da tərcüməsi nəşr olunan məqalədə deyilir.

Nəşr Rusiyanın Ukraynaya olan təhdidlərini misilsiz adlandırıb.

"Kreml güclü ordusunu hərəkətə keçirib. Moskvanın hərbi analitiki Pavel Felgenhauerə görə, yüz minlərlə ölkə boyu hərəkət edir - çoxu Ukrayna sərhədinə doğru irəliləyir (...) Bəs Rusiya nə istəyir, Putin həqiqətən nə istəyir? Bu miqyasda səfərbərlik Ukraynaya və ABŞ-ın yeni prezidentinə qarşı hədələyici bir jest etmək üçün lazım olan alətlərdən də kənara çıxır.

Bu məqsədlə kiçik bir qoşun yerləşdirmək də kifayət edərdi. Mümkün cavab Rusiyanın daxili siyasətinin özü verir. 2017-ci ilin noyabrında rusların 59%-i Putinə güvənirdi - bu gün isə yalnız 31%-i. Partiyası da oxşar vəziyyətdədir. Növbəti parlament seçkiləri sentyabr ayında keçirilməlidir. Buna görə Putin sınaqdan çıxarılmış bir vasitəyə müraciət edə bilər: kiçik bir zəfər müharibəsi onun populyarlığını artıracaq”, - deyə qəzet yazır.

Eyni zamanda, nəşr hesab edir ki, "Rusiyanın Ukraynanın böyük bir hissəsini işğal edəcəyi bir müharibə və məsələn, Krım quru körpüsünün tutulıması mümkün deyil".

"Bütün bunların qarşısında ukraynalılar gücsüzdürlər. Hətta hərbi modernləşmədən sonra belə, onlar post-imperiya düşüncəli və bütün hərbi gücüylə Ukraynaya qarşı çıxmaqdan çəkinməyəcək olan Putin hakimiyyətdə olduğu müddətcə Donbası geri ala bilməyəcəklər. Siyasi baxımdan Kiyevin də real alternativi yoxdur. Moskvanın qanunları pozmasına baxmayaraq - Donetsk və Luqanskdakı kukla rejim liderlərinin danışıq ortaqları olaraq tanınması, muxtariyyət qanunlarının qəbul edilməsi və ya DXR və LXR-də keçirilən "seçkilərin" tanınması dövlətin intiharı olardı", - qəzet vurğulayır.

"Həqiqətənmi Putin Donbası ilhaq etmək qərarına gəlib? Bunu yalnız o özü bilir. Fakt budur ki, bu illər ərzində Moskva Minsk Sazişi üzərindəki öhdəliklərini pozur və bir Avropa dövlətinin suverenliyini kökündən zədələyir ki, bu da artıq çoxdan sanksiyalara səbəb olmalıdır. (...) Bununla birlikdə, Angela Merkelin kanslerliyinin sonunda belə bir sərtliyin olacağı ehtimalı çox azdır ki, bu da Kreml şefinin əlinə işləyir”, - Suddeutsche Zeitung qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26