Interposta.Info

Türkiyə sərhəddində böyük gərginlik yaşanır: döyüş təyyarələri hərəkətə keçdi

Dünya
 10-03-2021, 18:28     251

Səudiyyə Ərəbistanı hökuməti 6 ədəd döyüş təyyarəsini Yunanıstanın Krit adasındakı "Souda" hərbi bazasına gönədərəciyini bəyan edib.

"İnterPosta" metbuat.az-a istinadən xəbər verir ki, təyyarələr təlimlərə cəlb ediləcək. Yunanıstan mediasının məlumatına görə, krallığın qırıcılarını Türkiyə sərhədinə göndərməsi güc nümayişidir.

Qeyd edək ki, 4 gün sonra Egey və Aralıq dənizinin şərqində Türkiyə əleyhinə olan bir neçə ölkənin iştirakı ilə təlimlər keçiriləcək.

Türk hərbi gəmilərinin və qırıcılarının bölgədə olması gərginliyi artırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26