Interposta.Info

Dünyada son sutkada 432 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünya
 8-02-2021, 08:24     479

Dünyada son sutka ərzində 432 332 nəfər koronavirusa yoluxub, 11 752 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 105 394 301 yoluxma hadisəsi, 2 302 302 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın (237 798) payına düşür. Digər yerləri isə, Avropa (128 578) və Cənub-Şərqi Asiya (25 691) bölüşür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26